mexanika mühəndisi

Dinamik bir qurğu, istesal avadanlığı və ya robotlar; qısaca elektronika və mexanikanın birgə harmoniyası – bu harmoniyanı tənzimləyən məhz mexatronika mühəndisləridir.

Gəlin ətraflı tanış olaq.

Mexatronika mühəndisi Kimdir?

Mexatronika mühəndisi mexanika, elektronika, kompüter mühəndisliyi və avtomatlaşdırma sahələrini birləşdirən bir mütəxəssisdir. Mexatronika mühəndisləri mexaniki sistemlərin elektron idarəetmə və proqram təminatı ilə inteqrasiyasını həyata keçirirlər. Mexatronika mühəndisliyi, əsasən robototexnika, avtomatlaşdırma və ağıllı sistemlərin inkişafı ilə məşğul olan müasir və çox şaxəli bir sahədir.

Mexatronika mühəndisinin əsas vəzifələri nələrdir ?

Hansı tip program və fayllardan istifadə edir?

Mexatronika mühəndisləri yeni cihazların, sistemlərin avtomatlaşdırılması və analizi, elektronik detalların dizaynı, proqramlaşdırılması üçün bir çox proqramlardan istifadə edir. Bura AutoCad, SolidWorks, Catia, NX və bu kimi CAD proqramları, analiz üçün Ansys, MATLAB/Simulink, COMSOL.

Plexus olaraq mexatronika xidmətimizə nələr daxildir?

Sənaye Avadanlıqları

Sənaye robotlarının və İstehsal avadanlıqlarının  dizaynı və istehsalı.

Enerji Sektoru

Günəş və külək enerjisi sistemləri, elektrik generatorlarının dizaynı və istehsalı.

Tikinti və İnfrastruktur

Lift və eskalator sistemləri, inşaat avadanlıqlarının dizaynı və istehsalı.

Kənd Təsərrüfatı

Avtomatlaşdırılmış suvarma sistemləri, kənd təsərrüfatı robotlarının dizaynı və istehsalı.

Yuxarıda sadalanan bütün bu tələbləriniz üçün peşəkar mütəxəssislərimiz xidmətinizdədir.

Mühəndislik bizim işimizdir.

Fiziki mehsul

Öz ideyanıza investisiya edin

Uzun müddətdir ki, ağlınızda bir məhsul ideyası var. Saatlarla, günlərlə bu ideya üzərində düşünərək bazarı araşdırmısınız və əminsiniz ki, bu məhsul bazarda müvəffəqiyyət qazanacaq. Lakin, bu məhsulu həyata keçirmək üçün mühəndis dəstəyinə ehtiyacınız olduğu da aydın görünür. Bu məqalə ilə sizə doğru ünvanda olduğunuzu bildiririk. Məqsədimiz, fiziki bir məhsulun ideyadan başlayıb reallaşana qədər keçdiyi mərhələləri, həm sizinlə, həm də arxa planda baş verən mühəndislik proseslərini şərti bir məhsul üzərindən izah etməkdir.