Kütləvi istehsal prosesi təsəvvür edək. Bu prosesin nəticəsi emal olunmuş neft, avtomobil və ya mətbəxdə gündəlik istifadə etdiyimiz pomidor tomatı olsun. Kütləvi istehsal prosesinin təməli çox sayda təkrarlanan proseslər zinciridir. Bu prosesləri xətasız və sürətlə icra etmənin sirri isə avtomatlaşdırmadır. Bu səhifəmizdə avtomatika mühəndisi və xidmətimizlə ətraflı tanış olaq.

Avtomatika mühəndisi Kimdir?

Avtomatika mühəndisi avadanlıqların, sistemlərin və proseslərin avtomatlaşdırılmasını sənaye standartlarına cavab verən PLC-lər və ya DCS-lər vasitəsi ilə təmin edən ixtisaslı mütəxəssislərə deyilir. Avtomatika sadəcə istehsal və ya emal prosesində deyil, təyyarələrdə, dəmir yolu qatarlarında, ha belə, gəmilərdədə idarə etmə və təhlükəsizlik proseslərində də istifadə olunur

Avtomatika mühəndisinin əsas vəzifələri nələrdir ?

Hansı tip program və dillərdən istifadə edir?

Avtomatikada standart qəbul olunmuş 5 əsas proqramlama dili vardır. Bunlar Ladder Logic, Structured Text, Function Block Diagrams, Sequential Flow Charts and Instruction Lists dilləridir. Demək olar ki, bütün PLC və DCS istehsalçılarının məhsullarını bu dillər vasitəsi ilə proqramlamaq olur. Hər bir dilin alqoritmin tipindən asılı olaraq öz üstünlük və ya rahatlığı vardır. Avtomatika məhsullarına alqoritmi yazmaq üçün proqramlar isə sənayedə istehsalçıya spesifikdir. Məsələn, Siemens məhsulları Simatic Stem 7, Allen Bradley RSLogix, Hitachi firması isə özünə məxsus Pro-H kimi proqramdan istifadə edir.

Plexus olaraq avtomatika xidmətimizə nələr daxildir?

Plexus olaraq avtomatika mühəndislərimiz sizə istənilən avadanlığın və ya prosesin avtomatlaşdırılmasında və var olan sistemə inteqrasiyasında dəstək ola bilər.

Yuxarıda sadalanan bütün bu tələbləriniz üçün peşəkar mütəxəssislərimiz xidmətinizdədir.

Mühəndislik bizim işimizdir.

Fiziki mehsul

Öz ideyanıza investisiya edin

Uzun müddətdir ki, ağlınızda bir məhsul ideyası var. Saatlarla, günlərlə bu ideya üzərində düşünərək bazarı araşdırmısınız və əminsiniz ki, bu məhsul bazarda müvəffəqiyyət qazanacaq. Lakin, bu məhsulu həyata keçirmək üçün mühəndis dəstəyinə ehtiyacınız olduğu da aydın görünür. Bu məqalə ilə sizə doğru ünvanda olduğunuzu bildiririk. Məqsədimiz, fiziki bir məhsulun ideyadan başlayıb reallaşana qədər keçdiyi mərhələləri, həm sizinlə, həm də arxa planda baş verən mühəndislik proseslərini şərti bir məhsul üzərindən izah etməkdir.