
Çap lövhəsi (PCB), istənilən elektron qurğunu meydana çıxarmaq üçün ən zəruri hissədir. Bu hissəni dizayn, test və istehsal edən mütəxəssislər elektronika mühəndisləridir. Gəlin Plexus olaraq bizim mütəxəssilərin sizə nə təqdim etdiyini öyrənək.
Elektronika mühəndisi Kimdir?
Elektronika mühəndisi cihazların, sistemlərin və qurğuların dizayn, test və istehsal mərhələlərinin düzgün və planlı şəkildə davam etməsindən məsul olan mütəxəssisdir. Ümumiyyətlə, elektronika mühəndisliyi elektrik mühəndisliyinin yeddi alt sahəsindən biridir. Ağıllı telefonlardan tibbi cihazlara, yaşıl enerji sistemlərindən süni intellekt sahəsində istifadə edilən avadanlıqlara qədər, müasir həyatı mümkün edən hər bir sistemin dizaynında mütləq şəkildə elektronika mühəndisləri iştirak edir.
Elektronika mühəndisinin əsas vəzifələri nələrdir ?
Hansı tip program və fayllardan istifadə edir?
Elektronika mühəndisi layihənin tələblərindən asılı olaraq bir çox spesifik təyinatlı proqram təminatlarında işləməli ola bilər. Ancaq hər bir elektronika mühəndinin masaüstündə olması vacib olan proqram təminatlarını dörd kateqoriyaya ayırmaq mümkündür. Elektronika mühəndisləri çap lövhələrinin dizayn edilməsi üçün “Altium Designer”, “KiCAD”, “Eagle” və.s kimi proqram təminatlarından istifadə edir. Sxem simulyasiyası üçün “NI Multisim”, “Proteus” və.s, model əsaslı simulyasiya üçün “LTspice”, “HyperLynx”, “Keysight ADS”, “Matlab” və.s, elektromaqnit simulyasiyalar üçün isə “ANSYS Electronics”, “CST Studio Suite” və.s kimi proqram təminatlarından istifadə edir.
Plexus olaraq elektronika xidmətimizə nələr daxildir?

Plexus olaraq biz istənilən çətinlikdə və beynəlxalq standartlara uyğun olan elektronik qurğunun konsept təstiqi və dizaynı, prototipi, analiz və kütləvi istehsalını təmin edə bilirik.

Öz ideyanıza investisiya edin
Uzun müddətdir ki, ağlınızda bir məhsul ideyası var. Saatlarla, günlərlə bu ideya üzərində düşünərək bazarı araşdırmısınız və əminsiniz ki, bu məhsul bazarda müvəffəqiyyət qazanacaq. Lakin, bu məhsulu həyata keçirmək üçün mühəndis dəstəyinə ehtiyacınız olduğu da aydın görünür. Bu məqalə ilə sizə doğru ünvanda olduğunuzu bildiririk. Məqsədimiz, fiziki bir məhsulun ideyadan başlayıb reallaşana qədər keçdiyi mərhələləri, həm sizinlə, həm də arxa planda baş verən mühəndislik proseslərini şərti bir məhsul üzərindən izah etməkdir.