
Bilirdiniz ki, proqram təminatının iki növü var?
Aşağı səviyyəli (Low level) və yuxarı səviyyəli (High level). Əgər yazılan proqram hər hansı bir əməliyyat sistemi üzərində deyil, bir başa mikrosxemlər üçün yazılırsa buna aşağı səviyyəli və ya ingilis dilində embedded proqram deyilir. Bu səhifəmizdə embedded proqramçılarımızın xidmətləri ilə tanış olacağıq.
Embedded programçı kimdir?
Elektronik bir qurğuda mikroprosessor və mikrokontroller kimi mikrosxemlərin verilən tapşırıqları istədiyimiz formada icra etməsi üçün proqram təminatı yazan ixtisaslı mütəxəssislərdir.
Embedded proqramçının əsas vəzifələri nələrdir ?
Hansı dillərdən istifadə edir?
Fərqli arxitekturalarda mikrokontroller və mikroprosessorlar işləmə və məntiq baxımından bir birindən azca fərqlənsə də embedded proqramçılar əsasən C dilindən istifadə edir.
Plexus olaraq embedded xidmətimizə nələr daxildir?

Plexus olaraq biz istənilən arxitekturada mikrokontroller və mikroprosessorların programlamasını təmin edə bilirik.

Öz ideyanıza investisiya edin
Uzun müddətdir ki, ağlınızda bir məhsul ideyası var. Saatlarla, günlərlə bu ideya üzərində düşünərək bazarı araşdırmısınız və əminsiniz ki, bu məhsul bazarda müvəffəqiyyət qazanacaq. Lakin, bu məhsulu həyata keçirmək üçün mühəndis dəstəyinə ehtiyacınız olduğu da aydın görünür. Bu məqalə ilə sizə doğru ünvanda olduğunuzu bildiririk. Məqsədimiz, fiziki bir məhsulun ideyadan başlayıb reallaşana qədər keçdiyi mərhələləri, həm sizinlə, həm də arxa planda baş verən mühəndislik proseslərini şərti bir məhsul üzərindən izah etməkdir.