mexanika mühəndisi

Əgər bir fiziki məhsulu təsəvvür etsək o zaman görərik ki, mexanika mühəndisi bu məhsulun ərsəyə gəlməsində şərtsiz ki, iştirak edir. Belə ki, ən sadə halda desək fiziki məhsulun sənaye dizaynını, ölçülərini və formasını digər mühəndislik sahələri üçün məhz mexanika mühəndisləri təyin edir. Təbii ki, mexanika mühəndisinin rolu və öhdəlikləri sadəcə “forma” verməklə bitmir. Gəlin mexanika mühəndisi və Plexus-un sizə təklif etdiyi mexanika mühəndisliyi xidməti haqqında ətraflı tanış olaq.

Mexanika mühəndisi Kimdir?

Mexanika mühəndisi mexaniki sistemlərin dizaynı, analizi, istehsalı və təkmilləşdirilməsi ilə məşğul olan mütəxəssisdir. Bu mütəxəssislər enerjinin və qüvvələrin təsirini öyrənərək müxtəlif maşınların və sistemlərin daha effektiv işləməsini təmin edir. Mexanika mühəndisi bir çox sahədə mühüm rol oynayır və texnologiyanın inkişafına böyük töhfələr verir.

Mexanika mühəndisinin əsas vəzifələri nələrdir ?

Hansı tip program və fayllardan istifadə edir?

Mexanika mühəndisləri yeni cihazların, sistemlərin dizaynı və analizi üçün CAD və Analiz proqramlarından istifadə edir. Bura AutoCad, SolidWorks, Catia, Inventor, NX və bu kimi CAD proqramları, analiz üçün isə Ansys, SAP2000, SolidWorks, Catia kimi proqramlar daxildir.

Plexus olaraq mexanika xidmətimizə nələr daxildir?

İstehsal və Maşınqayırma

  • CNC maşınlarının və digər dəqiq istehsalat texnologiyalarının inkişafı.
  • Yüksək dəqiqlikli istehsalat proseslərinin optimallaşdırılması.
  • Yeni materialların və istehsalat texnologiyalarının tətbiqi.
  • Elektronik cihazlar üçün mexanimzlər və korpus dizaynı.

Enerji Sektoru

  • Bərpa olunan enerji texnologiyaları: külək turbinləri, günəş panelləri və hidroenerji qurğuları.
  • İstilik və güc stansiyalarının dizaynı və optimallaşdırılması.
  • Enerji səmərəliliyini artırmaq üçün innovativ texnologiyaların inkişafı.

Tikinti və İnfrastruktur

  • Tikinti texnikaları üçün avadanlıqların hazırlanması.
  • Tikinti layihələrində mexaniki cihazların effektiv istifadəsi.

Sənaye Layihələri üçün Konsultasiya və Araşdırmalar

  • Sənaye layihələrinin dizaynı və idarə edilməsi.
  • Mexaniki sistemlərin performansını artırmaq üçün məsləhətlər.
  • Yeni texnologiyaların tətbiqi və tədqiqatlar.

Yuxarıda sadalanan bütün bu tələbləriniz üçün peşəkar mütəxəssislərimiz xidmətinizdədir.

Mühəndislik bizim işimizdir.

Fiziki mehsul

Öz ideyanıza investisiya edin

Uzun müddətdir ki, ağlınızda bir məhsul ideyası var. Saatlarla, günlərlə bu ideya üzərində düşünərək bazarı araşdırmısınız və əminsiniz ki, bu məhsul bazarda müvəffəqiyyət qazanacaq. Lakin, bu məhsulu həyata keçirmək üçün mühəndis dəstəyinə ehtiyacınız olduğu da aydın görünür. Bu məqalə ilə sizə doğru ünvanda olduğunuzu bildiririk. Məqsədimiz, fiziki bir məhsulun ideyadan başlayıb reallaşana qədər keçdiyi mərhələləri, həm sizinlə, həm də arxa planda baş verən mühəndislik proseslərini şərti bir məhsul üzərindən izah etməkdir.