İdeyadan məhsula

elektronika mühəndisi

Uzun müddətdir ki, ağlınızda fərqli bir məhsul, robot, alət, avadanlıq kimi bir ideya var və investisiya edərək bu ideya nı fiziki bir məhsula çevirmək istəyirsiniz. Saatlarla, günlərlə bu ideya üzərində düşünərək bazarı araşdırmısınız və əminsiniz ki, bu məhsul bazarda müvəffəqiyyət qazanacaq, yəni bu layihə investisiya etməyə dəyər. Lakin, bu layihəni ərsəyə gətirmək üçün mühəndis xidməti ehtiyacınız olduğu da aydın görünür. Belə bir investisiya fikriniz varsa bu məqalə ilə sizə doğru ünvanda olduğunuzu bildiririk. Məqsədimiz, fiziki bir məhsulun ideya dan başlayıb reallaşana qədər keçdiyi bütün mərhələləri, həm sizinlə, həm də arxa planda baş verən mühəndislik proseslərini şərti bir robot üzərindən izah etmək və mühəndislik xidməti nədir sualına aydınlıq gətirməkdir.

Məsələn, evlər üçün tozsoran robot ideya nız var. Bu ideya nı seçməklə, müxtəlif mühəndislik xidməti iş prinsiplərini bu robot üzərində təhlil edəcəyik. Məhsulunuzu ərsəyə gətirmək üçün bizimlə əməkdaşlıq etdiyiniz zaman təklif etdiyimiz mühəndislik xidməti aşağıdakı şəkildə inkişaf edir.

1. Gizlilik Müqaviləsi:

Robot ideya nızı bizimlə paylaşmadan əvvəl, sizinlə gizlilik müqaviləsi imzalanır. Bu gizlilik müqaviləsi ideya larınızın, məhsulunuzun məxfiliklə qorunmasını təmin edir.

2. İlkin Görüş və İdeyanızın Təsviri:

Müştəri, investisiya etmək istədiyi məhsulun nə olacağını, funksional xüsusiyyətlərini və digər detalları bizimlə bölüşür. Bu ideya və məlumatlar ətraflı şəkildə qarşılıqlı müzakirə edilir, təklif və iradlar bildirilir, fikir daha da inkişaf etdirilir.

3. Təklif və Dəyərləndirmə Periodu:

Paylaşdığınız məlumatlar əsasında, investisiya etmək istədiyiniz bu məhsulun reallaşdırılması üçün lazım olan maliyyə, resurs və vaxt dəyərləndirilir. Bu müddətdə həmçinin texniki çətinliklər analiz edilir və sizə kommersiya təklifi göndərilir.

4. Razılıq və Müqavilə:

Kommersiya təklifi qəbul edildikdən sonra xidmət müqaviləsi imzalanır və layihə icrasına başlanır.

5. Layihə və Prototip Dizayn Mərhələsi

Mühəndislərimiz məhsulun dizaynı və prototip inkişafı üzərində işləməyə başlayır.

6. Material Sifarişi:

Prototip üçün lazımi materiallar sifariş edilir və təchizat şöbəmiz tərəfindən vaxtında çatdırılması təmin olunur.

7. Prototipin Hazırlanması:

İlk fiziki prototip hazırlanır və funksionallıq testlərinə başlanır.

8. Testlər:

Prototip hazırlandıqdan sonra onun texniki parametrləri və funksionallığı test edilir.

9. Növbəti Iterasiya və Düzəlişlər:

Testlərdən alınan nəticələr əsasında prototip üzərində optimallaşdırma və düzəlişlər həyata keçirilir.

10. Kütləvi İstehsal / Layihə Təhvili:

Son prototip – yəni məhsulun son versiyası kütləvi istehsal üçün hazır olur və layihə sifarişçiyə təhvil verilir.

İlk Kontakt

İlk Kontakt və Gizlilik Müqaviləsi

Robot ideya nızla bizimlə əlaqə qurduğunuz andan etibarən bu səyahət başlayır. Müasir bazar şəraitində rəqabət böyükdür, buna görə də məhsulunuzun bazarda uğurlu olmasını təmin etmək üçün onu unikal edən xüsusiyyətlər məxfi qalmalıdır. İlk mərhələdə müştəri əsas ideya sını bizimlə paylaşır və qarşılıqlı müzakirə başlanır. Lakin bu mərhələdə fikrin tam olaraq paylaşılmasından əvvəl, gizlilik müqaviləsi imzalanır. Gizlilik müqaviləsi üçün şablonu buradan yükləyə bilərsiniz.

İdeyanızın Təsviri

İlkin Görüş və İdeyanızın Təsviri

Gizlilik müqaviləsi tərəflər arasında hər hansı məlumatın məxfi qalacağına dair təminat verir. Müqavilənin imzalanmasından sonra müştəri robot ideya sını və istədiyi funksionallığı ətraflı şəkildə Plexus komandası ilə paylaşır. Müzakirələrdən sonra fikir daha da inkişaf etdirilir və növbəti mərhələyə keçilir.

Dəyərləndirmə Periodu

Dəyərləndirmə Periodu

Dəyərləndirmə mərhələsində mühəndislərimiz ideya nın texniki aspektlərini analiz edir. Məsələn, tozsoran robot layihəsində, mexanizmin toz sovurma sistemi, avtonom hərəkət qabiliyyəti və digər texniki komponentlər təhlil edilir. Bu analiz nəticəsində məhsulun reallaşdırılması üçün lazım olan vaxt, mərhələlər və büdcə müəyyən edilir.

Razılıq və Müqavilə

Razılıq və Müqavilə

Texniki tapşırıq və kommersiya təklifi müştəri ilə razılaşdırıldıqdan sonra müqavilə imzalanır və investisiya üçün nəzərdə tutulan bu böyük layihə başlanır.

Dizayn

Prototip Dizayn Mərhələsi

Mühəndislərimiz məhsulun texniki tapşırığını yerinə yetirmək üçün prototip dizayn prosesinə başlayır. Ümumiyyətlə istənilən bir qurğunu ərsəyə gətirmək üçün sənayedə ən az 3 prototip norma olaraq qəbul edilir. Hər bir prototip iterativ proseslərdən keçərək testlər əsasında ortaya çıxan problemləri həll edir. İlk prototipdə mühəndislərimizin yanaşması ve keçdiyi proseslərə nəzər salaq.

Mexanika mühəndisi toz sovurma mexanizminin dizaynını edir, lazımi elektro mexaniki hissələri seçir və ümumi qabarit formanın dizaynını edir. Bu mərhələdə mexanika mühəndisi plastik parçaları qəliblə deyil, 3D printer və ya CNC yonma prinsipləri ilə hazırlayır. 3D printerdən və ya CNC yonma metodu ile hazırlanmış detallar funksionallıq olaraq test edildikdən sonra qəlib hazırlamaq olar.

Elektronika mühəndisi və Embedded proqramçı: mexanika mühəndisi seçdiyi elektro mexaniki qurğuları (motorlar, açarlar və.s), telemetriya və naqilsiz rabitə qurğularını (LIDAR, Ultrasəs sensorlar, Bluetooth və ya WiFi) və texniki tapşırıqda qeyd olunan funksiyaları yerinə yetirə biləcək microcontroller və ya CPU qurğusunu elektronika mühəndisi seçir. İlkin PCB dizaynı və istehsal faylları hazırlanır. Embedded programçı hələ əldə dizayn edilmiş PCB olmasa belə sənayedə olan standart prototipləşdirmə qurğuları üzərində funksional testlər etməyə başlayır.

Proqram təminatı mühəndisi isə robot tozsoranı idarə etmək üçün mobil tətbiq hazırlayır. Embedded programçı ilə birgə robot tozsoranla mobil qurğu arasında kommunikasiya protokolu seçilir və üzərində işlər başlayır.

Materialların Sifarişi

Materialların Sifarişi

Dizayn tamamlandıqdan sonra prototip üçün lazımi materiallar sifariş olunur və təchizat şəbəkəmiz hər birini vaxtında təmin edir.

İlk Prototip

İlk Prototip Hazırlanması

Materiallar əldə edildikdən sonra ilk prototip robot hazırlanır. Yığılma prosesi zamanı kütləvi istehsal asanlığı da nəzərə alınır ki, gələcəkdə kütləvi istehsal zamanı hər hansı çətinliklər yaranmasın.

Testlər

Testlər

Prototip işləkliyini test edirik. Burada məqsəd odur ki, robot bütün funksiyaları və texniki parametrləri özündə tam əks etdirirmi, yoxlayaq.

Iterasiya

Növbəti Iterasiya və Düzəlişlər

Testlərdən alınan nəticələrə əsaslanaraq məhsulda dəyişikliklər edilir və yeni prototip robot dizaynı üzərində işlər davam edir.

Kütləvi İstehsal

Layihə Təhvili və Kütləvi İstehsal

Robot hazır olduqdan sonra müqavilə və təklifə əsasən kütləvi istehsal üçün lazımi bütün texniki çertyojlar, qəlib dizaynları və istehsal faylları sifarişçiyə təhvil verilir və mühəndislik xidməti tam yekunlaşmış olur. Müştərinin istəyinə uyğun olaraq, kütləvi istehsal özü və ya Plexus tərəfindən təşkil edilə bilər.

Təbrik edirik! Artıq istehsala və satışa tam hazır bir məhsulunuz var.

Əgər siz də belə bir ideya ilə başlayıb, investisiya etmək istəyirsinizsə və mühəndislik xidməti axtarışındasınızsa, bizimlə əlaqə saxlayın. İdeya sizdən, mühəndislik xidməti bizdən!

Mexanika Xidmətimiz
Mexanika mühəndislərimiz arzuladığınız məhsulun funksionallığını, istifadəçi kütləsini və kütləvi istehsalını nəzərə alaraq onun sənaye dizaynını sizinlə bərabər iterativ proseslə təmin edir.
Elektronika Xidmətimiz

Elektronika mühəndislərimiz kompleksliyindən asılı olmayaraq istənilən elektron qurğunun sxematik və PCB dizaynını edir, lazımı testlərdən keçirərək məhsulu kütləvi istehsala hazır edir.

Embedded Xidmətimiz
Elektronik qurğuda MCU və ya CPU kimi elementlər “Beyin” sayılırsa, Embedded program o beyindəki şüurdur. Professional empedded programistlərimiz sizin məhsulunuzun istədiyiniz məntiqə uyğun çalışmasını təmin edir
Mexatronika Xidmətimiz

Əgər arzunuz bir robot və ya istehsal avadanlığı kimi elektronika və dinamik mexanikanın vəhdətindən ibarətdirsə Mexatronika mühəndislərimiz qulluğunuzda hazırdır!

Avtomatika Xidmətimiz

Sənayeni istər sadə bir istehsal avadanlığının, istərsə də geniş bir prosesin parçası olan PLC-lər, DCS-lər, SCADA-lar idarə edir. Proseslərinizi avtomatika mühəndislərimizə həvalə edə bilərsiniz.

Program təminatı Xidmətimiz
Windows yoxsa MAC? Bəlkə Linux?

Bəlkə Android və ya IOS olsun?

Fərq etmir! Proramçılarımız istədiyiniz sistemə uyğun proqramı sizin üçün hazırlayar.